Xəbərlər 26.02.2024 15:43 1280

Tacikistan nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Tacikistan arasında əlaqələrin daim genişlənməkdə olduğunu, sosial sahədə də ikitərəfli əməkdaşlığın inkişafı üçün aparılan işlərin əhəmiyyətini qeyd edib. 

 

Nümayəndə heyətinə Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, ölkəmizdə icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. 

 

Habelə sosial sahədə innovativ həllərin, elektron texnologiyaların geniş tətbiqi istiqamətində görülən işlər, əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar, “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri diqqətə çatdırılıb. 

 

K.Davlatzoda iki ölkə arasında sosial əməkdaşlığın da genişləndirilməsində maraqlı olduqlarını, sosial islahatlar prosesində təcrübə mübadilələrinin önəmini vurğulayıb. 

 

Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı