Xəbərlər 26.02.2024 11:58 1050

Zelenski Bakıya səfər edəcək? - XİN-dən açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfər edəcəyi ilə bağlı bizdə heç bir məlumat yoxdur.

 

QHT.az bildirir ki,  bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

 

Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda erməni mediası məlumat yayıb. “Azadlıq” radiosunun erməni redaksiyası Zelenskinin Bakıya da səfərə hazırlaşdığını iddia etsə də, diplomatik mənbələr bu iddianı təsdiqləməyib


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı