Beynəlxalq Bağçılıq Sərgisində Azərbaycanın Milli Günü - FOTOLAR
Fevralın 22-də Qətərdə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində (International Horticultural Expo 2023 Doha) Azərbaycanın Milli Gününün açılışı olub.
QHT.az xəbər verir ki, tədbirdə Azərbaycan və Qətər dövlətinin rəsmiləri, bu ölkədə akkreditasiya olunmuş 60-a yaxın ölkənin səfiri iştirak edib.
“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü axşam saatlarında Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan konsert proqramı ilə davam edəcək.