Şəhidimiz İkram Səmidovun doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İkram Səmidov 21 fevral 1991-ci ildə Saatlı rayonunun Əlisoltanlı kəndində anadan olub.
QHT.z xəbər verir ki, 2014-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin "Tovuz döyüşləri"ndən sonra 21 sentyabrda başlanan hərbi-təlim toplantılarına çağırılıb. İkram Səmidov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 12 noyabr tarixində Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
İkram Səmidov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!