Xəbərlər 12.02.2024 19:49 2183

Şəhidimiz Həbib Qurbanovun anım günüdür - FOTOLAR

Bu gün qəhrəman şəhidimiz Həbib Tahir oğlu Qurbanov 1994-cü ilin bu torpağa tapşırılıb.

QHT.az xəbər verir ki, Həbib Qurbanov 1975-ci il martın 10-da Salyan Rayonu Babazənən qəsəbəsi anadan olub. Ölümün gözünə dik baxan oğullardan biri Həbib uşaq yaşlarından güləşə maraq göstərirdi. Bu həvəs  onda 10 yaşında ikən onu 1985- cı ildən Uşaq Gənclər İdman Məktəbinə gətirdi. Sərbəst güləş üzrə bölməyə yazılan, uşaqlar arasında Respublika birinciliyində iştirak edən  Həbib 1987-cı ilin sentyabrında idman məktəbində stolüstü tennis bölməsinə yazılır. 4 ay sonra Qaxda stolüstü tennis üzrə zona birinciliyində iştirak edir, ikinci yerə çıxır. 1988-cı ilin dekabrında Sumqayıtda stolüstü tennis üzrə keçirilən Respublika yarışında birinci yer tutur. Həbib tennis sahəsində qazandığı müvəffəqiyyətlərə görə 1989-cu ildə İdman Cəmiyyət tərəfindən birinci dərəcəli diplom və fəxri fərmanlarla təltif edilir. Üç il sonra rayonda keçirilən Respublika birinciliyində yenə də ilk yeri tutduğuna görə Respublika Ehtiyat Qüvvələri Cəmiyyət tərəfindən kubok  və fəxri fərmanlarla təltif olunur. Həbib 1993-cü il aprelin 27-də cəbhəyə yollanır. 1993-cü il dekabr ayında Füzuli bölgəsinə yollanır. Döyüş yolu Aşağı Veysəlli, Yuxarı Veysəlli kəndlərində başlayıb. 1993-cü ilin yanvar ayından fevralın 10-dək 28 dəfə döyüşdə olub. Qrantomyotla düşmənin bir neçə texnikasını məhv edən, onlarla erməni öldürən Həbib 11 fevral 1994-cü il Şişqaya yüksəyliyi düşməndən təmizlənməli idi. Bu əməliyyat Həbibgilə həvalə edildi. Çox keçmədi Füzulinin Şişqaya yüksəkliyi uğrunda ölüm-dirim savaşı başladı. Döyüş get-gedə qızışırdı. Lakin həmin döyüşdə Həbibin bəxti gətirmədi. Sağ ayağından ağır yaralandı və qanaxmadan dünyasını dəyişir, Şəhidlik zirvəsinə yüksəlir. Həbin Tahir oğlu Qurbanov Salyanda Şəhidlər xiyabanında dəfn edildi.

Şəhidimizin hər iki valideyni də rəhmətə gedib.

Dərin ehtiramla yad edirik! Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı