Xəbərlər 17.01.2024 01:03 2238

“Məqsədimizə çatmaq üçün ingilis dilində veb saytın yaradılmasını planlaşdırmışıq”- QHT sədri

“Təşkilatımızın missiyası və məqsədi, sosial məsələlər, bu sahədə yenilikləri haqqında maarifləndirmə, sosial-iqtisadi inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ və ümumilikdə ictimai maarifləndirməyə yardım etməkdir”.

Bu sözləri Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Elşən Nağıyev QHT.az –a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda torpaqlarımızın işğaldan azad olunması və dövlətimizin bütün ərazilərimizdə süverenliyini bərpa etməsi tarixi torpaqlarımız olan Qərbi Azərbaycan probleminin gündəmə gəlməsini zəruri edir: “Qarşıya qoyduğumuz əsas məqsəd bu torpaqlarda mövcud olmuş və ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış maddi mədəniyyət abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə və Azərbaycan cəmiyyətinə tanıtmağı nəzərdə tutmuşuq. Bu məqsədlə müxtəlif tədbirlərin keçirilməsini və ingilis dilində veb saytın yaradılması planlaşdırılıb”.

Qeyd edək ki, Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi 2011-ci ildə təsis edilib. 2016- cı ildə dövlət qeydiyyatına alınıb. Həmin ildən başlayaraq bir çox uğurlu layihələr həyata keçirib. Layihələr arasında Milli qəhrəmanlarımız haqqında vebs aytın yaradılması, Multikulturalizmin təbliği, elektron kitabxananın yaradılması və s layihələri qeyd etmək olar.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı