Xəbərlər 27.12.2023 11:11 2329

Elşad Məmmədov: “Pul kütləsinin azalmasına getmək olmaz, çünki bu investisiyaların və istehsalın daralması anlamına gələcək”

Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb.

Bəs pul bazasının azalmasının əsas səbəbləri nələr ola bilər, bazara necə təsir edə bilər?

QHT.az bu sualı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı ekspert Elşad Məmmədova ünvanlayıb. Ekspert pul bazasının azalmasını sərt pul kredit siyasəti ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, biz pul kütləsinin artımına nail olmalıyıq, bu isə daha çox pul bazası hesabına yox, bank sektorunun kreditləşməyə meylinin artması ilə bağlı olmalıdır: “Yəni qeyri- nəğd pul kütləsinin artmasına daha çox ehtiyac var, nəinki nağd pul kütləsinin. İlk növbədə geniş anlamda pul kütləsinin azalmasına getmək olmaz. Çünki bu investisiyaların və istehsalın daralması anlamına gələcək. Hazırda isə düşünürəm ki, həm pul bazasının, həm də pul kütləsinin ölkədə artırılmasına, genişləndirilməsinə ehtiyac var. Çünki milli iqtisadiyyatda pul kütləsi çatışmazlığı mövcuddur”.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı