Xəbərlər 30.11.2023 17:13 4352

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Dəyirmi Masa təşkil edib - FOTOLAR

Bu gün “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində “Minaların geri qayıdan məcburi köçkünlərə və onların icmalarına təsiri: beynəlxalq həmrəyliyə ehtiyac” mövzusunda Dəyirmi Masa təşkil edib. 

QHT.az xəbər verir ki, Dəyirmi Masada “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov tərəfindən bu mövzuda hazırlanmış hesabatı təqdim edib. Hesabat barədə ətraflı məlumat verən Hafiz Səfixanov qeyd edib ki, Vətən müharibəsi başa çatdıqdan sonra ölkədə mina və partlamamış hərbi sursatlar probleminin miqyası, məcburi köçkünlərin öz şəhər və kəndlərinə qayıtması prosesi, minaların və müharibənin digər partlamamış qalıqlarının olmasının bu prosesə necə təsir göstərdiyi qiymətləndirilir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı, minadan zərərçəkənlər, QHT-lər, ekspertlər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlədən Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri, LINKS Europe təşkilatının direktoru, Beynəlxalq Qızıl Xaç Komitəsinin  nümayəndəsi çıxış etmiş və Azərbaycanda minaların yaratdığı problemlər və bununla mübarizə barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, bu tədbir LINKS Europe ilə birlikdə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) və Böyük Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı