Xəbərlər 30.11.2023 11:16 2369

“Minaların geri qayıdan məcburi köçkünlərə və onların icmalarına təsiri: beynəlxalq həmrəyliyə ehtiyac” adlı tədbir keçirilir - FOTOLAR

“Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası bu gün “Minaların geri qayıdan məcburi köçkünlərə və onların icmalarına təsiri: beynəlxalq həmrəyliyə ehtiyac” adlı tədbir keçirir.

QHT.az xəbər verir ki, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən hazırlanmış hesabat təqdim edilir. Hesabatda Vətən müharibəsi başa çatdıqdan sonra məcburi köçkünlərin öz şəhər və kəndlərinə qayıtması prosesi, külli miqdarda minaların və müharibənin digər partlamamış qalıqlarının olmasının bu prosesə necə mənfi təsir göstərdiyi qiymətləndirilir.

Tədbirdə ANAMA, XİN və digər aidiyyatı qurumların nümayəndələri,  minadan zərərçəkənlər, QHT-lər və beynəlxalq ictimaiyyətin nümayəndələri, o cümlədən Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri və LINKS Europe təşkilatının direktoru iştirak edir, çıxışlar edirlər.

Bu tədbir LINKS Europe ilə birlikdə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) Azərbaycan Nümayəndəliyinin və Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunur.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı