Xəbərlər 30.11.2023 10:25 1457

Azərbaycan Ordusunda "Ən yaxşı psixoloq" müsabiqəsi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin tədbirlər planına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələri üzrə təqdim edilən qaliblər arasında ilin "Ən yaxşı psixoloq"u müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd hərbi psixoloqların ixtisas hazırlığı ilə bağlı bilik və bacarıqlarının artırılması, psixoloji işə aid metod və vasitələrin düzgün tətbiq olunmasıdır.

Müsabiqənin şərtlərinə görə ən yüksək nəticə göstərmiş hərbi psixoloqlar arasında qalib müəyyənləşib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı