Xəbərlər 30.11.2023 07:50 2712

Mediasiya Şurasının nümayəndələri Heydər Əliyev muzeyini ziyarət ediblər - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı - mediasiya” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Mediasiya Şurasının nümayəndə heyəti Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin muzeyini ziyarət edib.

QHT.az xəbər verir ki, Ulu öndərin həyat və yaradıcılığı ilə tanış olublar. Eyni zamanda muzeydə Ümummilli liderə aid saxlanılan, tariximizin şərəfli parçalarından biri olan eksponatlar barədə də nümayəndə heyətinə məlumat verilib. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən ABAD sənətkarları tərəfindən Ümummilli Liderin 100 illiyi münasibəti ilə hazırlanmış xüsusi plaket muzeyə xüsusi ehtiram və xatirə olaraq hədiyyə edilmişdir.

Səfərdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Şəki 1 saylı mediasiya təşkilatının rəhbəri Dərya Yaşarlı, Bakı 14 Saylı Mediasiya Təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Qusar Mediasiya Təşkilatının rəhbəri Radik Kazımov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov və Naxçıvan Mediasiya Təşkilarının rəhbəri Yusif Həsənov iştirak ediblər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı