Hüquq və İnsan Haqları İnstitutunda təqdimat keçirilib
Noyabrın 28-də Hüquq və İnsan Haqları İnstitutunda ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova İnstitutun gənc kadrlarına 2024-2025-ci tədris ilində magistratura səviyyəsində tədris olunacaq ixtisas istiqamətləri üzrə təqdimat keçirib.
QHT.az xəbər verir ki, təqdimatda ADA Universitetinin ingilis dilində, ADA Qazax Mərkəzinin azərbaycan dilində tədris olunan ixtisasları, həmçinin ADA Vaşinqton Mərkəzinin ikili diplom proqramları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu proqram müxtəlif dövlət və özəl qurumlarda çalışmaq istəyən, o cümlədən baza təhsillərini təklif edilən ixtisaslar üzrə dəyişməklə, əyani və ya distant formada magistr pilləsində davam etdirməyi arzu edənlər üçün nəzərdə tutulub.
R.İmanov