Xəbərlər 29.11.2023 20:56 2463

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura hesabat görüşü təşkil edib - FOTOLAR

Bu gün Elm və Təhsil Nazirliyi yanında İctimai Şura Azərbaycan Texniki Universitetində Davamlı İnkaf Mərkəzində hesabat görüşü təşkil edib.

QHT.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Təhsilin İnkişaf Fondunun idarə heyətinin sədri Elnur Nasibov, nazirliyin rəhbər heyəti, Texniki Universitetin rektoru Vilayət Vəliyev, Bakı Slavyan Universitetinin rektoru Anar Naghiyev, BŞTİ-nin rəhbəri Mehriban Vəliyeva, ADPU-nun prorektoru Fikrət Rzayev, QHT rəhbərləri, Şura üzvləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin MŞ üzvü Israyil Isgandarov və bir çox dəyərli dostlar, qonaqlar iştirak edirdilər.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, səlahiyyətimizin bitməsinə günlər qalsa da Təhsil sahəsində işimiz hər zaman davam edəcəkdir: “Suveren, azad, bütöv, strateji önəmli ölkəmizə layiqli vətəndaş yetişdirmək üçün əlimizdən gələni edəcəyik.Təhsilin inkişafı sahəsində əvəzsiz əməyi olmaqla yanaşı ictimai iştirakçılıq nümunəsi formalaşdıran cənab nazir Emin Amrullayevə və iştirak edən hər kəsə təşəkkür edirəm”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı