Xəbərlər 29.11.2023 17:30 2811

Mediasiya Şurasının nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı - mediasiya” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Mediasiya Şurasının nümayəndə heyəti Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub və Ümummilli liderin xatirəsini yad ediblər.

QHT.az xəbər verir ki, səfərdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Şəki 1 saylı mediasiya təşkilatının rəhbəri Dərya Yaşarlı, Bakı 14 Saylı Mediasiya Təşkilatının rəhbəri Gəray Məmmədtağıyev, Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov, Qusar Mediasiya Təşkilatının rəhbəri Radik Kazımov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri Ramin Şükürov və Naxçıvan Mediasiya Təşkilarının rəhbəri Yusif Həsənov iştirak ediblər.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı