Xəbərlər 28.11.2023 00:36 1554

Vətən müharibəsi qaziləri və jurnalistlər arasında velosiped yarışı keçirilib - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilən idman festivalı çərçivəsində Vətən müharibəsi qaziləri və media nümayəndələri arasında şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş velosiped yarışı keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyası və Brendsport.az idman portalının təşkilatçılığı ilə noyabrın 26-da Respublika Velotrekində baş tutan turnirdə ümumilikdə 34 nəfər iştirakçı fərdi ötüşmə növündə mübarizə aparıblar. Qazilər və kişi jurnalistlər 2 dairə (666 m), xanım jurnalistlər isə 1 dairə (333 m) məsafə qət ediblər.

Qeyd edək ki, yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, bütün iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı