Tural Əliyev: Əlaqələrin bu səviyyədə yüksək olduğu bir dövrdə vətəndaş cəmiyyəti təsisatlarının da üzərinə mənəvi məsuliyyət düşür
Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun açılış paneli baş tutub.
QHT.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirdi ki, bu gün Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək səviyyədədir: “Bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Əlbəttə, istər siyasi, istər mədəni, istər də tarixi əlaqələrin bu səviyyədə yüksək olduğu bir dövrdə vətəndaş cəmiyyəti təsisatlarının da üzərinə mənəvi məsuliyyət düşür. Bu xətti qeyri-hökumət təşkilatları vasitəsilə də gücləndirmək, irəli aparmaq üçün böyük imkanlar, potensial var”.