Xəbərlər 27.11.2023 13:52 1763

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıb

Noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib. Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər.

QHT.az xəbər verir ki, bu barədə Milli məclisin üzvü Vüqar Bayramov məlumat verib: “Beynəlxalq turnirdə Azərbaycan Milli Məclisini vitse-spiker Adil Əliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Milli Məclis sədrinin köməkçisi Aqşin Hümmətov, şöbə müdirinin müavini Emin İmanov, Aparat rəhbərinin köməkçisi İlham Həsənov, Parlament Aparatının əməkdaşları Rüfət Ələkpərov və Təbriz Tağıyevdən ibarət futbol komandası təmsil edib. Komandanın baş məşqçisi keçmiş futbolçu İsgəndər Cavadov olub. B qrupunda mübarizə aparan Milli Məclisin komandası ümumilikdə 4 oyunda 3 qələbə qazanaraq yarışı bürünc medallarla başa vurub”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı