Xəbərlər 27.11.2023 11:23 2333

Qasırğa səbəbindən akvarium muzeyini su basıb

Krım şəhəri olan Sevastopoldakı akvarium muzeyində qasırğa səbəbindən dəniz heyvanları olan zalı su basıb - muzeyin 500-dən çox sakini daşqından sağ çıxa bilməyib.

QHT.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev məlumat verib: “Fəlakətin əsas zərbəsi muzeyin üçüncü zalına dəyib. Bundan başqa, Cənubi Dəniz Biologiyası İnstitutuna ciddi ziyan dəyib, burada bir neçə elmi laboratoriya zədələnib. Şəhər fırtına xəbərdarlığı altında qalır. Bütün kommunal xidmətlər fəsadların aradan qaldırılmasını davam etdirir”.

Qeyd edək ki, güclü qasırğa Krasnodar vilayəti və Krımı vurub. Fəlakət ən çox Krım və Sevastopolda olub. Orada bəzi yerlərdə küləyin sürəti saniyədə 40 metrə, dalğanın hündürlüyü isə 9 metrə çatıb. Krımda təxminən yarım milyon sakin işıqsız qalıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qasırğa nəticəsində yarımadada 1 nəfər itkin düşüb, daha 4 nəfər xəsarət alıb.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı