Xəbərlər 27.11.2023 10:44 1017

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

 

QHT. az Oxu.Az-a istinadən  xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.

 

Y.Güler artıq Bakıdadır.

 

Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.

 

Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı