Xəbərlər 27.11.2023 09:09 1771

Gəncədə sexdə yanğın olub, üç nəqliyyat vasitəsi yanıb

Gəncə şəhərində boya sexində yanğın olub.

 

QHT.az “Report”a istinadən  Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində yerləşən boya sexlərinin birində anidən yanğın baş verib.

 

Hadisə zamanı sexin içərisində olan bir yük maşını və iki minik avtomobili, həmçinin sexdə olan avadanlıqlar, əşyalar yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin beş yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

 

İlkin məlumatla görə, sexin 500 kvadratmetr sahəsi yanıb.

 

Qeyd edək ki, hadisə ilə əlaqədar ərazidə və ətraf küçələrin elektrik enerjisinin verilməsi dayandırılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı