"Mediasiya sahəsində barışıq sazişlərinin sayı hüquqşünasların, peşəkar vəkillərin sayəsində hər gün artır" - Mediasiya Şurası İdarə Heyətinin sədri
“Mediasiya sahəsində uzlaşma və razılaşma kimi qəbul etdiyimiz barışıq sazişlərinin sayı, ekosistemin peşəkar oyunçuları rolunda çıxış edən hüquqşünasların, peşəkar vəkillərin sayəsində hər gün artır. Peşəkarlar bütün proseslərin lokomotivi, sinerjisi rolunda iştirak edərək hər zaman cəmiyyətin inkişaflnda ictimai maraqlar naminə çox böyük rol oynayıblar”.
QHT.az xəbər verir ki, bu sözləri Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib. O, qeyd edib ki, məhz peşəkarların sayəsində cəmiyyət inkişaf edib, bir mərhələdən digər uğurlu mərhələyə keçib: “Dəstək olan və Qanunun tətbiqi sahəsində, barışıq sazişləri üzrə gözəl nümunə yaradan bütün dəyərli hüquqşünaslara, peşəkar vəkillərə dərin təşəkkür edirəm. Əziz və dəyərli peşəkar kolleqalar, yaratmış olduğunuz peşəkar və gözəl nümunələr qürur verir”.
Pərvanə Fərhadqızı