Xəbərlər 27.11.2023 00:36 9445

Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Bu gün Füzulidə ilk dəfə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək. 

QHT.az xəbər verir ki, əməkdaşlıq Forumu, Azərbaycan və Özbəkistan arasında daha da güclənən dostluq və əməkdaşlıq əlaqələrinin bir növbəti güclü addımı kimi nəzərdə tutulur. Bu tədbir, iki ölkənin QHT-lərinin təmsilçilərini bir araya gətirərək, əməkdaşlıq sahəsində daha sıx bir işbirliyini təmin etməyə nail olacaq.

Səfərin müddəti boyunca planlaşdırılan mühüm görüşlər, iki ölkənin QHT-ləri arasında sürətlə inkişaf edən əməkdaşlıq sahələrini müzakirə etmək imkanı yaradacaq. Həmçinin, səfər çərçivəsində qeyd olunan sənədlərin imzalanması, iki tərəfin nailiyyətlə əməkdaşlığını daha da möhkəmləndirəcək və əməkdaşlıq sahəsində strateji tərəfdaşlığı dəstəkləyəcək.

Qeyd edək ki, bir neçə gün davam edəcək səfər çərçivəsində mühüm görüşlərin keçirilməsi planlaşdırılır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı