Xəbərlər 24.11.2023 16:11 4102

Şəhidi Paşa Mehdiyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olan Paşa Mehdiyev 1978-ci il noyabrın 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2016-cı ilin "Aprel döyüşləri"ndə fərqləndiyinə görə Prezident İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edilib. Paşa Mehdiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərə qatılıb və oktyabrın 3-də bu istiqamətdəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Paşa Mehdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı