Xəbərlər 24.11.2023 15:54 3369

DSMF sədri vətəndaş qəbulunu davam etdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov regionlarda vətəndaş qəbulunu davam etdirir. 

 

DSMF sədri bu dəfə Qəbələ rayonunda Oğuz və Qəbələ sakinlərini qəbul edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilib. 

Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. 

Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı