Xəbərlər 23.11.2023 21:46 3056

Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinin Ədliyyə Nazirliyində qəbul edilib

Mediasiya Şurasının nümayəndə heyətinin Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin Ədliyyə Nazirliyinin Hüquq məsələlələri üzrə baş direktoru Hakan Öztatar tərəfindən qəbul edilib.

QHT.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ümummili Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsini Hakan Öztatara təqdim edib. Görüşdə eyni zamanda Türkiyə Arabuluculuk Dairə Başkanı Çağdaş Özər də iştirak edib. 

N. Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətə uyğun olaraq hər iki ölkə arasında bütün istiqamətlər üzrə, o cümlədən, mediasiya sahəsində səmərəli əməkdaşlıqlar qurulur: “Mediasiya Şurası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə çox sıx və səmərəli əməkdaşlıq edir. Eyni zamanda mediatorlar üçün təlimlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən yüksək səviyyədə həyata keçirilir, həmçinin mediasiya təşkilatları Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır”.

Hakan Öztatar hər iki ölkənin prezidentləri tərəfindən aparılan işlər nəticəsində əlaqələrin daha da inkişaf etdiyini və bundan sonra üçün də böyük perspektivlərin olduğunu qeyd edib: “Hər iki ölkənin mediasiya qurumlarının əməkdaşlıq etməsi sahəsində istənilən dəstək veriləcəkdir”.

Təşkil edilən görüşdə Azərbaycandan həmçinin Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva iştirak edib.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı