Xəbərlər 23.11.2023 10:41 2959

“Beynəlxalq güclər bu məsələdə daha çox çalışmalıdırlar ki, müharibə bitsin” – Mübariz Göyüşlü

Fələstin radikal qruplaşması Həmas və İsrail bu ay yenidən girovları məhbuslarla dəyişdirəcək. İki razılaşma nəticəsində Qəzza zolağında HƏMAS-ın girov götürdüyü təxminən 240 nəfərdən 100 nəfəri azad ediləcək. Bunun müqabilində İsrail İsrail həbsxanalarında məhbus olan 300 fələstinlini, o cümlədən qocalar, qadınlar və uşaqlar azad edəcək. Vaşinqton İsraillə razılaşmanın birinci mərhələsində girov götürülmüş ən azı üç amerikalının HƏMAS-ın azad edilməsinə ümid edir.

Müasir İnkişaf  Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az –a açıqlamasında bildirib ki, Həmas və İsrail arasındakı gərginliyi üzüntü ilə izləməkdəyik: “Əldə olunan atəşkəs müsbətdir və müharibənin sonlandırılması vacibdir. Çox böyük bir qism bu müharibədən əziyyət çəkir. Minlərlə fələstinin, uşağın ölməsindən xəbərlər gəlir. Beynəlxalq güclər bu məsələdə daha çox çalışmalıdırlar ki, müharibə bitsin, sakitçilik yaransın. Həlli yolları çoxdur. Bu beynəlxalq təşkilatların, Amerika, Fransa kimi güclərin əlindədir. Bu münaqişənin həqiqətən bitməsi üçün cəhd göstərməlidirlər. Bu prosesdə oyun oynamaq lazım deyil. Həll edilmiş kimi görünmək gərginliyi artıran, daha da problemlər yaradan məqamdır. İnanıram ki, mövcud olan hansı mübahisələr, həlli çətin görünən məsələ varsa, onun yoluna qoyulması üçün beynəlxalq vasitəçilər davamlı səy göstərəcəklər. Azərbaycanın və Türkiyənin bu məsələdə tutduğu mövqeni dəstəkləyirəm, düzgün bir yanaşma hesab edirəm”.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı