Xəbərlər 23.11.2023 08:07 1459

BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım SPECA 2023 İqtisadi Forumunda iştirak edib

BMTİP-nın Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo BMT-nin Mərkəzi Asiya Ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakı 2023 İqtisadi Forumunda iştirak edib.

QHT.az xəbər verir ki, "SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi" mövzusundakı Forumda təşkil edilmiş sessiyada Proqramın gələcək 25 il üçün uzunmüddətli strateji perspektivi müzakirə edilib. Panel müzakirəsindəki çıxışı zamanı, xanım Rokkasalvo 2050-ci ilədək regionun gələcəyi, uzunmüddətli ekoloji sınaqlar, su, qida və enerji zənciri, həmçinin bölgədə iqtisadiyyatın gələcəyinin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı