“Bullinqə birlikdə “Son” deyək!” adlı oğlanlar arasında ikinci təlim keçirilib - FOTOLAR
“Bullinqə birlikdə “Son” deyək!” layihəsinin fəaliyyətləri çərçivəsində oğlanlar arasında ikinci təlim keçirilib.
QHT.az xəbər verir ki, noyabrın 18-də layihənin fəaliyyətləri çərçivəsində oğlanlar qrupu üçün ikinci təlim keçirilib. Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbində keçirilən təlimdə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin, Xıllı qəsəbə 2 saylı tam orta məktəbin və Astanlı kənd tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Təlimdə mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva, sosioloq Mətanət Quliyeva tərəfindən məlumatlar verilib. Təlim zamanı bullinqin növləri və formalarını əks etdirən videoçarx nümayiş olunub. Dörd qrupa ayrılan iştirakçılar qrup işlərində fəal iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi əsasında Neftçala rayonunda icra olunan “Bullinqə birlikdə “Son” deyək!” layihəsinin müəllifi Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Günay Nağıyevadır.
R.İmanov