Xəbərlər 20.11.2023 23:21 6470

“BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq” mövzusunda təlim təşkil edilib - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin potensialının artırılması məqsədi ilə “BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi, qiymətləndirilməsi və hesabatlılıq” mövzusunda maarifləndirici təlim keçirilib.


QHT.az xəbər verir ki, təlim BMT-nin İnsan Hüquqları üzrə Ümumi Bəyannaməsınin qəbul olunmasının 75 illiyinə həsr olunub.  


Təlimdə BMT-nin müxtəlif strukturları ilə əməkdaşlıq, təmsilçilik, BMT-nin tədbirlərində iştirakla bağlı müraciət və digər zəruri məsələlərlə bağlı suallar cavablandırılıb, müvafiq izahlar verilib.  


Bir günlük təlimdə 30-a yaxın QHT nümayəndəsi iştirak edib. Təlimçi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissar ofisinin layihə eksperti, AR Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov olub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı