Xəbərlər 17.11.2023 17:19 4230

QHT “Reproduktiv sağlamlıq haqqında” qanununu təşviq edir - FOTOLAR

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin təşviqi layihəsini həyata keçirir.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihənin əsas məqsədi “Reproduktiv sağlamlıq haqqında” qanununun təşviq edilməsi, Azərbaycan vətəndaşlarının bu qanuna kəskin ehtiyaclarının olduğunu diqqət mərkəzində saxlamaqdır. Azərbaycan selektiv abortlar üzrə dünyada 1-ci yerdədər. Ailə planlaşdırılması istədiyimiz səviyyədə deyil, erkən nikahlar artmaqdadır, yeniyetmələrin cinsəl məlumatsızlığından sonradan ciddi problemlər yaranır, sonsuzluq problemə çevrilib. Əsas hədəflərimiz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB, Sosial Xidmətlər Agentliyi, Milli Məclisin Əmək və Sosial Siyasət komitəsi, Səhiyyə komitəsidir. Məhz diqqəti bu məsələyə cəlb etməklə Milli Məclis tərəfindən qanunun qəbul edilməsinə nail olmaq olar. Problemin həllinə dəstək və qanunun qəbul edilməsinə nail olmaq üçün “Reproduktiv sağlamlıq haqqında” qanunun təşviq edilməklə ictimai vəkillik həyata keçirilməyə başlanılmışdır. Bunun üçün müxtəlif yaş qruplarının iştirakı ilə görüşlər, ictimai müzakirələr təşkil edilərək qanunun qəbulunun cəmiyyət üçün nə qədər vacib olduğu təşviq ediləcəkdir. Layihə çərçivəsində ilk tədbirlər - Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayədələrinin, orta ümumtəhsil məktəblərinin 13-17 yaşlı qız və oğlanların, direktor müavinlərinin, aidiyyatlı fənn müəllimlərinin, psixoloqların və digər səlahiyyətli nümayəndələrinin, ümumilikdə 84 nəfərin iştirakı ilə 2  ictimai dinləmə keçirilib. Çıxış edənlər bu günə qədər ölkəmizdə vətəndaşların sağlamlığı üçün qəbul edilmiş proqramlarıdan, Tibbi sığortanın tətbiqinin müsbət nəticələrindən danışmışlar. Reproduktiv sağlamlığın cəmiyyətin, xüsusilə də yeniyetmələrin və qadınların həyatında hansı vacib rol oynadığını vurğulamışlar. Lakin  “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin sağlam cəmiyyət üçün sağlam nəslin yetişdirilməsində yalnız müsbət rol oynayacağından bütün iştirakçılar danışmışlar. İctimai dinləmə zamanı iştirakçılarla maraqlı debat olmuşdur. Onlar kifayət qədər yeni məlumatlar almış və qanunun qəbul edilməsi ilə bağlı maraqlı təkliflər vermişlər. Tədbirlərin sonunda məktəblilərə P&G şirkəti tərəfindən hədiyyələr verilib.

Növbəti ictmai dinləmə Səhiyyə sahəsində çalışan personal və Tibb kollecinin tələbələri ilə baş tutdu. İştirakçılara layihə haqqında məlumat verildi. Layihənin eksperti “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi üçün səhiyyə işçilərinin təşviqat aparmalarının vacib olduğunu qeyd etdi. Mama ginekoloq Ruhəngiz Əliyeva Gəncədə bu sahədə mövcud vəziyyət haqqında məlumat verdi. Direktor müavini Xalidə Sadıqova qanun mövcud olduğu halda reproduktiv sağlamlığı əhatə edən bütün sahələrin müntəzəm nəzarət altında fəaliyyət göstərəcəyini bildirdi. Çıxış edən digər iştirakçılar selektiv abortların qarşısını almaq üçün abort otaqlarının ləğv edilməsi, USM mütəxəssislərinin məlumatlandırılaraq cinslərin müəyyən edilməsinə məhdudiyyət qoyulmasını, ailə planlaşdırma mərəzlərinin yaradılmasını və s. təklifləri verdilər. Bütün bunlar isə yalnız qanun qəbul edildikdən sonra mümkün ola bilər.Müxxtəlif Sağlamlıq mərkəzlərini əhatə edən 41 həkimin iştirakı ilə baş tutan ictimai dinləmə maraqlı təkliflərlə başa çatıb.

Layihənin keçirilməsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3, 4, 5, 6, 11, 17-ci məqsədlərində  qeyd edilənləri də rəhbər tutur. 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı