Xəbərlər 17.11.2023 13:59 2801

Sosial Xidmətlər Agentliyi son iki ildə məişət zorakılığından zərər çəkmiş 200-ə yaxın şəxsi reabilitasiya xidmətləri ilə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində bu il 45 nəfərə xidmət göstərilib.

 

Şöbəyə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür.

 

Proses digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində aparılır. Şəxsin himayəsində yetkinlik yaşına çatmayan şəxs olduqda həmin yetkinlik yaşına çatmayan şəxsin də hüquqlarının qorunması təmin edilir, o cümlədən təhsilə cəlb olunurlar.

 

2021-ci ilin 1 avqust tarixində fəaliyyətə başlayan şöbədə müasir şərait yaradılıb və ötən dövrdə burada 200-ə yaxın şəxsə xidmət göstərilib.

 

Şöbəyə qəbul yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət, birbaşa müraciət və məişət zorakılığına məruz qalma faktını təsdiqləyən müvafiq aktın tərtibi ilə həyata keçirilir.

 

Hazırda həmin şöbədə 14 nəfərə müvafiq reabilitasiya xidmətləri davam edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı