Xəbərlər 17.11.2023 13:01 4268

Qulaqcıqlardan tez-tez istifadə etsəniz...

Müasir zamanənin atributlarından biri də qulaqcıqlardır. Hamımız şəhərdə qulaqcıq istifadə edən gəncləri və uşaqları görürük. Bəs qulaqcıqların eşitməyə zərəri varmi?

QHT.az xəbər verir ki, qulaqcıqlardan istifadə zamanı yüksək səsli musiqi bilavasitə təbil pərdədinə təsir edir. Və zamanla təbil pərdəsi daha adi səslərə həssaslığını itirir. Alimlər müəyyən ediblər ki, bir saatlıq qulaqcıqlar taxdıqdan sonra qulaqcıqlarda bakteriyaların sayı 11 dəfə artıb. Tədqiqat hava yollarının təyyarələrdə istifadə etdiyi steril qulaqlıq üzərində aparılıb. Bəzi araşdırmalar qulaqcıqların tez-tez istifadəsi ilə qulağın dərisinin zədələnə biləcəyini göstərir. Yaranan cızıqlar vasitəsilə bakteriyalar bədənə daxil ola və yoluxucu iltihaba səbəb ola bilər. Yüksək səs səviyyəsində qulaqlıqlarla hər hansı bir şeyi dinləmək eşitmə qabiliyyətiniz üçün zərərlidir və daxili qulaqda eşitmə üçün çox vacib olan nazik tük kimi strukturlara zərər verə bilər.

Həddindən artıq yüksək səsə məruz qalma bu strukturlardakı hüceyrələrə zərər verə bilər və bu da eşitmə itkisinə səbəb ola bilər. Birbaşa xarici qulağa daxil edilən qulaqlıqlar çox vaxt daha təhlükəli hesab olunur və uzun müddət istifadə edildikdə eşitmə qabiliyyətinə zərər verə bilər.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı