"Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində maarifləndirmə aksiyası - FOTOLAR
Oktyabr - “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı, “İSR Holdinq”in strukturuna daxil olan “Cenomi Group Azərbaycan” şirkətinin dəstəyi ilə paytaxtda maarifləndirmə aksiyası keçirilib.
QHT.az xəbər verir ki, aksiya çərçivəsində “28 Mall” Ticarət Mərkəzində yerləşən mağazalarda və “Hilton Baku” otelində marifləndirmə ayı ilə bağlı keçirilən tədbirin iştirakçılarına məlumatlandırıcı materiallar, həmçinin “Süd vəzisi xərçəngi ilə mübarizə ayı”nı simvolizə edən çəhrayı lentlər paylanılıb.
Pərvanə Fərhadqızı