Xəbərlər 29.09.2023 19:22 2035

Mingəçevirdə "Danış, səni tanısınlar!" adlı görüş keçirilib- FOTOLAR

Bu gün Mingəçevir Dövlət Universitetində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi "Danış, səni tanısınlar!" Gənclərin özünü ifadə imkanlarının genişləndirilməsi təlimləri adlı layihə çərçivəsində gənclər və tələbələrlə görüş keçirdi.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikası Qeyri Hökümət Təşkikatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşib. Layihənin əsas məqsədi, tələbə və gənclərə karyera planlaşdırılmasında "Yumuşaq bacarıqların" təsirləri haqqında məlumat verilməsi, onlarda çevik bacarıqları inkişaf etdirməsinə yardım etməkdir.

Tədbiri layihə rəhbəri Eyyub Kərimli açaraq, layihənin məqsədi və vəzifələri, təsirləri və əhəmiyyəti haqqında geniş məlumat verib. Sonra layihə çərçivəsində hazırlanmış "Danış, səni tanısınlar!" filmi nümayiş etdirilib. Film çoxsaylı auditoriyanın marağına səbəb olub. Sonra, layihənin təlimçisi, tanınmış səlist nitq mütəxəssisi, Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu çıxış edib. Səlist danışığın insanların həyatına təsirləri haqqında, səlist nitqin və özünüifadənin karyeranın formalaşmasına təsirləri barəsində geniş məlumat verib. Layihənin əsas əhəmiyyəti, regionda yaşayan gənclərə, yeni biliklərə, muasir trendlərə çıxışın təmin edilməsi, əmək bazarında müasir tələblər haqqında məlumatların çatdırılmasıdır. Layihənin icrası gənclərin gələcək karyera planlaşdırılmasın əhəmiyyətli təsirləri olacaqdır. Layihə 5 region universitetlərini əhatə edəcək, və layihənin icrasından ümumilikdə 500-ə yaxın gənc bəhrələnəcəkdir.

Qeyd edək ki, görüşdə universitetin prorektoru professor Veysəl Əyyubov, müəllimər və 200 yaxın tələbə iştirak edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı