Xəbərlər 29.09.2023 18:05 2116

Atıcılıq idman növü üzrə açıq Qazax rayon turnirini keçirilib - FOTOLAR

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi “Vətən ücün hazır ol” adlı layihəsinin  icrası çərçivəsində bu gün Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası Atıcılıq idman növü üzrə açıq Qazax rayon turnirini keçirib.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunur. Tədbirin açılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi  bir dəqiyqalıq sükütla yad edilib. Tədbirin açılışında çıxış edən layihə rəhbəri, "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb: “Layihənin əsas məqsədi Qazax rayonunda hərbi xidmətə hazırlanmasında kütləviliyə nail olmaq məqsədi ilə tədbirlərin və idman yarışlarının (Atıcılıq və Mini futbol və bu tədbirlərdə qazilər və veteranlarla görüşün təşkili) keçirilməsidir. Onların vətənpərvərlik hisslərinin aşılanması, gənclər arasında hərbi xidməti sevdirilməsi, vətənə və dövlətə bağlılığın artırılması, milli dəyərlərə rəğbətin yüksəlməsi, pis vərdişlərdən uzaqlaşmaları, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, gənclərin bədən tərbiyəsi və idmana yönəlmələrinə xidmət göstərməsidir. Tədbirlərdə gənclərin hərbi xidmətə hazırlanmasında kütləviliyə nail olmaq əsas məqsədlərdən biridir”.

Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Cəfərov, həmin idarənin idman şöbəsinin rəhbəri Namazov Sahib, Qazax - Tovuz regional Təhsil idarəsinin əməkdaşı Orxan Əliyev Qazax Olimpiya İdman kompleksinin direktoru Kərəm Axundov və digər qonaqlar çıxış edərək, turnir iştirakçılarına uğurlar arzuladılar və gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyyəsi və idmanla məşğul olmağa çağırıblar.

Mütəxəsislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra Atıcılıq yarışına start verildi. Turnirdə 32 komandanın 130-dan cox gənc qeydiyyatdan keçmişdir. Qəhramanlar Unudulmur devizi altında keçirilmiş turnir gərgin idman mübarizəsi şəklində davam edib və 2 (fərdi və komanda) kateqoriya üzrə qaliblər müəyyən olunub.

Kateqoriyalar üzrə  fərqlənən gənclər:

  Fərdi kateqoriya:

I yer – Murad Mustafayev  (25 xal  )

II yer – Vəli Suleymanov   ( 22  xal )

III yer – Amin Lahıcov      ( 15  xal )

  Komanda üzrə:

I yer –    Daş Salahlı 1 saylı məktəb komandası ( 65 xal )

II yer –   Daş Salahlı 2 saylı məktəb komandası ( 62  xal )

III yer – Aslanbəyli kənd  komandası  ( 57 xal )

Qaliblər medal və diplomlarla ilə mükafatlandırılıblar. Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak ediblər. Turnir sonunda iştırakçılar belə tədbirlərin tez tez keçirilməsini arzulayıb və Vətən Üçün daima hazırıq şuarını səsləndiriblər.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı