Xəbərlər 28.09.2023 11:56 1783

“Yer planeti 250 milyon il sonra yararsız hala düşəcək”- alimlərin proqnozu

Yer planeti 250 milyon ildən sonra insan həyatı üçün yararsız hala düşəcək. Qitələr birləşəcək və tropik enliklərdə və ekvatorun yaxınlığında yerləşəcək. Bu isə qlobal istiləşmə ilə birlikdə planetin 96%-nin hər hansı məməlilərin həyatı üçün yararsız hala düşməsinə səbəb olacaq.

QHT.az xəbər verir ki, bu nəticəyə yer qabığının və qitələrin hissələrinin hərəkət trayektoriyasını hesablayan Bristol Universitetinin alimlər qrupu gəlib. Alimlərin fikrincə, bu proses zamanı Afrika və Avrasiya Ərəbistan yarımadasını hər iki tərəfdən sıxaraq bir-birinə yaxınlaşmağa davam edəcək, bundan sonra birləşmiş Afro-Avrasiya qitəsi Amerikaya çırpılacaq.

Bu hərəkət nəticəsində Atlantik okeanı iki dənizə çevriləcək, onlardan biri müasir Kanada ilə Qabon arasında, digəri isə müasir Meksika ilə Cənubi Afrika arasında yerləşəcək. Madaqaskar Afrika ilə Braziliya arasında sıxışdırılacaq. Belə birləşmə vulkanik aktivliyin kəskin artmasına və nəticədə yer atmosferində karbon qazının konsentrasiyasının fəlakətli artmasına səbəb olacaq.

Bu, istixana effektini artıracaq, nəticədə torpaqların 90%-dən çoxu boşalacaq və geniş ərazilər səhraya çevriləcək. Yayda vahid qitənin çox hissəsi 40 °C-ə qədər istiləşəcək və çaylar quruyacaqdır. Belə şəraitdə superqitənin mərkəzi hissələri “bəzi növlər istisna olmaqla” məməlilərin sağ qala bilməyəcəyi səhraya çevriləcək.

Alimlər qeyd ediblər ki, əgər bu gün planetin üçdə ikisi insan həyatı üçün yararlıdırsa, onda 250 milyon ildən sonra planetin yalnız sahilboyu və qütb bölgələrində yaşamaq mümkün olacaq ki, bu da birlikdə onun səthinin cəmi 8%-ni təşkil edir. Bu təkcə məməlilərin deyil, bütün canlıların kütləvi məhvinə gətirib çıxaracaq.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı