Xəbərlər 04.09.2023 15:07 1772

Qusarda da “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Qusar rayonunda davam etdirib.

 

Layihə çərçivəsində rayonda cari ilin iyul ayında doğulmuş qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub.

 

Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.

 

Layihə daha əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər rayonlarında uğurla həyata keçirilib. Layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi planlaşdırılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı