Qədim Romalılar vergi ödəməkdən necə qaçırdılar: Hiyləgər sxemlər
Tarixçilər deyirlər ki, qondarma alqı-satqı əməliyyatları, biznes sənədlərinin saxtalaşdırılması dünən icad olunmayıb.
QHT.az xəbər verir ki, vergidən yayınma qədim dövrlərdən bəri mövcud olan bir problemdir. Hətta Qədim Romada insanlar dövlətdən vergi gizlətmək üçün mürəkkəb sxemlər qururdular. 20-ci əsrin ortalarında Yəhudi səhrasında tapılan bir papirus tumarı bunu sübut edir. Avstriya Arxeologiya İnstitutunun tədqiqatçıları bu sənədin prokurorun məktubu və vergidən yayınma işi üzrə məhkəmə protokolu olduğunu müəyyən ediblər.
Hadisələr eramızın 130-cu ilində, imperator Hadrianın dövründə baş verib. Sənədə görə, Yəhudeya və Ərəbistan əyalətlərindən olan Saulos və Hereas adlı şəxslər bir neçə qulun saxta satışı ilə bağlı vergidən yayınma sxemi qurublar. Qullar əslində satılmamış, yalnız kağız üzərində başqa əyalətə “köçürülmüş”, lakin faktiki olaraq Yəhudeyada qalmışdılar. Beləliklə, vergilərdən yayınmaq mümkün olmuşdu. Şifrələnmiş sənədlər göstərir ki, sxem iştirakçıları köçürmə vekselləri və digər sənədləri də saxtalaşdırıblar. Arxeoloq Anna Dolqanovanın sözlərinə görə, bu iş qədim Roma məhkəmə sisteminin iş prinsiplərini öyrənmək üçün unikal mənbədir. Roma prokurorları yüksək peşəkarlıq nümayiş etdirərək, ritorika və hüquqi anlayışlarda ustalıqla çıxış ediblər.
Papirusda hökm qeyd olunmasa da, tarixçilər cinayətlərin ağırlığına görə təqsirləndirilənlərin ölüm cəzasına məhkum olunmuş ola biləcəyini ehtimal edirlər.
R.İmanov