Xəbərlər 16.04.2025 14:51 139

Hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində əməliyyat davam etdirilir.

 

Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 10-u uşaq olmaqla ümumilikdə 31 nəfər vətəndaş təxliyə olunub.

 

Hazırda Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək  kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında mənzilin eyvanının hissələrinin qoparaq asılı vəziyyətdə qalması nəticəsində vətəndaşlar üçün yaranmış təhlükəli vəziyyət Nazirliyin xilasediciləri tərəfindən operativ olaraq aradan qaldırılıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı