Xəbərlər 09.06.2023 16:54 1876

Pilotsuz təyyarə qəzaya uğrayıb, üç nəfər yaralanıb - ÖZƏL

Pilotsuz təyyarə Voronejdə Belinski küçəsində qəzaya uğrayıb, 3 nəfər yaralanıb. Onlar müalicə olunub və xəstəxanaya yerləşdirməsi tələb olunmayıb. Hadisə yerində şəhərin bütün əməliyyat xidmətləri işləyir.

QHT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan çoxmərtəbəli binanın zədələndiyi görünür.

Voronej vilayətinin qubernatoru artıq pilotsuz təyyarənin qəzaya uğradığı yerə gəlib. Voronejdə pilotsuz təyyarənin düşməsindən sonra yaralananlar yüngül kəsiklər alıb, ev sakinlərindən heç kim xəsarət almayıb.

Evə gəlincə, dron qəzaya uğrayan zaman bina kənardan - ikinci və üçüncü mərtəbələr arasında zədələnib, bir neçə mənzil və ofis mərkəzi zərər çəkib.

 

Pərvanə Fərhadızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı