Xəbərlər 19.05.2023 13:46 2525

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Aliment Fondunun yaradılması təklifinə münasibət bildirib

“Aliment Fondunun yaradılması ilə bağlı məsələni biz də dəstəkləyirik”.

QHT. az  APA -a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

“Bugünkü qanunvericiliyimiz nikahın pozulması ilə bağlı tələbləri rədd edə bilmir. Nə vaxt ki, nikahın pozulmasına dair tələbləri sərtləşdirəcəyik, o zaman hakimlərin cəsarətini görə biləcəyik”, - o qeyd edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı