Xəbərlər 22.03.2023 22:37 2649

QHT sədri BMT İnsan Hüquqları Şurasında çıxış etdi

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin sədri Ramil İskəndərli İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası çərçivəsində növbəti dəfə çıxış etmişdir.

Mülki əhalini “Qorumaq Məsuliyyəti” və ya qısaca “QM” ( ingiliscə “R2P” – Responsibility to Protect) konsepsiyasının müzakirəsi üzrə Dəyirmi Masada (Side Event) söz alan QHT sədri bildirmişdir ki, 2005-ci ildə BMT-nin Baş Məclisin qərarına əsasən, R2P konsepsiyasına görə, insanların qırğınlarının qarşısını almaq üçün əsas vasitələr siyasi, iqtisadi, diplomatik müstəvidə olsa da, lazım gəldikdə hərbi gücdən də istifadə oluna bilər. Natiq çıxışında həmçinin qeyd etmişdir ki, “Qorumaq məsuliyyəti” prinsipinin həyata keçrilməsi zamanı hüquqi əsas olaraq BMT-nin Təhlükəsizlik Şurasının qərarları əsas rol oyanamalıdır.

Məhz bu prinsipə əsaslanaraq, “44 günlük müharibə” zamanı Azərbaycanın BMT-in Qarabağla bağlı qəbul etdiyi və icrasını təmin edə bilmədiyi 4 qətnamənin icrasının təkbaşına həyata keçirdiyini və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etdiyini qeyd etmışdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı