Xəbərlər 16.03.2023 21:29 6713

Bədəlanda həkim məntəqəsinin açılışı - Masallıda


Bədəlanda həkim məntəqəsinin açılışı - Masallıda

 

Masallı rayonunun Bədəlan kəndində həkim məntəqəsinin açılışı olub.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ağsaqqalları, ziyalılar və tibb işçiləri iştirak ediblər.
Rayon rəhbəri həkim məntəqəsinin əsaslı təmirdən sonra vəziyyətilə tanış olub, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu məntəqə barədə məlumat verib.
Həkim məntəqəsində görülən işləri yüksək qiymətləndirən icra başçısı zəhməti olan hər kəsə təşəkkürünü bildirib.
Kənd sakinləri yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə, mərasimdə iştirak etdiyinə görə rayon rəhbərinə, qonaqlara və məntəqənin təmir olunmasında dəstək olanlara minnətdarlıqlarını bildiriblər.

 

Akif AĞAYEV
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı