Xəbərlər 06.02.2023 17:19 3393

Azərbaycan Milli QHT Forumu Türkiyəyə başsağlığı verdi

Azərbaycan Milli QHT Forumu Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcıya başsağlığı verib.

 

QHT.az  Demokrat.az -a istinadən xəbər verir ki, qrumun prezidenti Rauf Zeyninin verdiyi başsağlığında deyilir:

 

"Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələ nəticəsində Türkiyə vətəndaşlarının həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi və hər zaman olduğu kimi qardaş türk xalqının yanında olduğumuzu bildiririk. Bu ağır faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, bütün türk xalqına Azərbaycan Milli QHT Forumu adından və öz adımdan dərin hüznlə başsağlığı diləyir, yaralananların tezliklə sağalmasını, dağıntılar altında qalan türk bacı-qardaşlarımızın tezliklə xilas edilməsini arzulayırıq."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı