Xəbərlər 25.01.2023 18:29 138

Əfqanıstanda soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb - ÖZƏL

Əfqanıstanda soyuq hava dalğası nəticəsində həyatını itirənlərin sayı 157-yə yüksəlib.

QHT.az xəbər verir ki, Əfqanıstanda təsirini davam etdirən soyuq hava dalğasında can itkisi artır. Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi, son 15 ilin ən soyuq qış mövsümünün yaşandığı ölkədə şaxtalı hava səbəbindən həyatını itirənlərin sayının 157-yə yüksəldiyini açıqlayıb. Rəhimi həmçinin bildirib ki, ölkə üzrə təxminən 70.000 kənd təsərrüfatı heyvanı donaraq ölüb.


Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində havanın temperaturu mənfi 33 dərəcəyə enir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı