Xəbərlər 24.01.2023 17:36 539

Böyük Britaniyada 200-ə yaxın miqrant uşaq itkin düşüb - ÖZƏL

Böyük Britaniyada sığınacaq istəyən 200-ə yaxın uşağın hökumət tərəfindən idarə olunan yataqxanalara yerləşdirildikdən sonra yoxa çıxdığı və onların əksəriyyətinin sonradan tapıldığı bildirilir.

QHT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəsmisi Saymon Murray Lordlar Palatasına verdiyi açıqlamada sığınacaq istəyən 200-ə yaxın uşağın yoxa çıxdığını bildirib. Murray deyib ki, hökumət tərəfindən idarə olunan yataqxanalara yerləşdirildikdən sonra itkin düşən uşaqların çoxu daha sonra izlənilib və tapılıb.

Sözügedən uşaqlar arasında bir qız və ən azı 16 yaşından kiçik 13 nəfərin olduğunu və uşaqların 88 faizinin Albaniya vətəndaşı olduğunu qeyd edən Murray, uşaqların itməsi ilə bağlı ümumiləşdirmənin yanlış olacağını bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı