Meksikanın Gerrero əyalətində zoopark müdirinin yeni il gecəsində işçilərə təqdim etmək üçün bişirdiyi 4 bala keçi olduğu açıqlanıb.
QHT.az xəbər verir ki, Meksikanın Gerrero əyalətinin SEMAREN Vəhşi Təbiət Departamentinin rəhbəri Fernando Ruiz Qutierrez dekabrın 31-də mətbuata açıqlamasında "Bu dörd heyvan zooparkda kəsilib və bişirilib və ilin sonunda yemək kimi təqdim edilib" dedi.
Bildirilib ki, bala keçi bişirmək və yemək, bəzi heyvanları satmaq, maral ölümü kimi bir çox mövzuda ittiham olunan Xose Ruben Nava yanvarın 12-də Zoochilpan zooparkında baş verən hadisədə vəzifəsindən azad edilib.












