Rusiyanın Ukraynanın Kramatorsk şəhərində mənzilə hücumu nəticəsində ən azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
QHT.az xəbər verir ki, Rusiya Ukraynanın Kramatorsk şəhərində yaşayış binasını raketlə vurub.
Polisin verdiyi açıqlamada hücumda ən azı 3 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilib.
Dünən baş verən hadisədə bölgədə 8-dən çox binaya ziyan dəyib.
Ötən ay Rusiyanın Dneprdə bir mənzili hədəf aldığı hücumda ən azı 44 nəfər həlak olub.












