“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinin tələblərinə cavab verən və mediatorların ilkin hazırlığı üzrə təlimi, həmçinin ixtisasartırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir.
Qeyd olunan tələblərə cavab verən və nəzərdə tutulmuş ilkin hazırlıq kursu üzrə sertifikatı alan 34 nəfər mediator Mediasiya Şurasının üzvü kimi fəaliyyət göstərmək üçün müvafiq sənədlərlə Şuraya müraciət edib və Mediasiya Şurasının İdarə Heyəti tərəfindən uyğunluqları yoxlanılaraq Mediasiya Şurasının üzvlüyünə qəbul edilib.
Üzvlüyə qəbul edilmiş 34 mediatordan 19 nəfər Bakı şəhəri, 2 nəfər Gəncə şəhəri, 1 nəfər Şirvan şəhəri, 1 nəfər Quba, 1 nəfər Xaçmaz, 1 nəfər Siyəzən, 1 nəfər Ağsu, 1 nəfər Gədəbəy, 1 nəfər Yevlax, 1 nəfər Göyçay, 1 nəfər Ağstafa, 1 nəfər Balakən, 1 nəfər Şamaxı, 1 nəfər Şəki rayonları üzrə müraciətləri qəbul edən mediasiya təşkilatlarında fəaliyyətlərini davam etdirəcəklər.












