Fevralın 1-də FemACT Azərbaycan Qadınlar Fondunun təşkilatçılığı ilə “Gənc Qadınların Sülh Akademiyası: Gənc Qadınların Fəallığı və Vəkilliyi” tədbiri keçirilmişdir.
Tədbir Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Oldun açılış nitqi ilə başlayaraq, daha sonra Niderland Krallığının ölkəmizdəki Səfiri və Belçika Krallığının ölkəmizdəki Konsolunun 1325 Qətnaməsi çərçivəsində Milli Fəaliyyət Planının qəbul olunmasının əhəmiyyəti və öz ölkələrinin Milli Fəaliyyət Planları təcrübələri barədə məlumat vermələri ilə davam etdi.
Tədbir gənc qadınların və qızların mövcud vəziyyətinə, icmalarda gənc qadınların qarşılaşdıqları maneələrə və onlar üçün yaradıla biləcək yeni imkanlara fokuslandı. Hər 3 səfir qadınların, icma liderlərinin narahatlıqlarını dinlədi, suallarını cavablandırdı və tədbirin nəticəsi olaraq tövsiyələrdən ibarət məcmulun hazırlanması nəzərdə tutuldu.
Tədbir Böyük Britaniya hökumətinin dəstəyi ilə Şərq Qonşuluğunda Dayanıqlığın Artırılması (BREN) layihəsi çərçivəsində həyata keçirilmişdir.
🇬🇧 On February 1, 2023, the event “Young Women's Peace Academy: Youth Women's Activism and Advocacy” was organized by FemACT Azerbaijan Women's Fund.
The event started with the opening speech by British Ambassador Fergus Ould and continued with the Netherlands and Belgian ambassadors providing information on the importance of adopting a National Action Plan in the context of the UN Resolution 1325 and their respective countries' experiences with National Action Plans.
The event focused on the current situation of young women and girls, the obstacles faced by young women in their communities, and the new opportunities that can be created for them. The ambassadors listened to women's and community leaders' concerns and answered their questions. As a result of the event, it was planned to prepare a collection of recommendations.
The event was carried out within the framework of the Building Resilience in the Eastern Neighborhood project (BREN), supported by the UK government.












